Ağız suyu vəzilərinin xəstəlikləri

  Ağız suyu vəziləri böyük və kiçik olmaqla iki yerə bölünür, böyük vəzilər üç cütdür- qulaqaltı, çənəaltı və dilaltı vəzilər. Kiçik ağız suyu vəziləri ağızın selikli qişasında çoxlu sayda yerləşir və ölçüləri çox kiçikdir. Onların iltihabı kəskin və xronik olur, sialadenit adlanır. Çox nadir hallarda vəzilərdə distrofik proseslərə rast olunur və buna sialoz deyilir. Bir də ki, kalkulyoz sialadenit – sialolitiaz ağız suyu vəzilərinin daş xəstəliyinin adını bildirir. Onkoloji xəstəliklər bu sahədə də ola bilir.

Orqanizmdə baş verən fizioloji xarakterli müxtəlif dəyişikliklər  (qadınlarda hamiləlik, doğuş, uşaq əmizdirmə, klimaks), patoloji vəziyyətlər (sinir sistemi, mədə-bağırsaq sistemi, endokrin sistemi, qan xəstəlikləri, avitaminoz) zamanı ağız suyu vəzilərində adekvat olaraq böyümə, sekresiyanın artması ya azalması və tərkibinin dəyişməsi ilə nəticələnir.