Artikulyasiya və okklüziya

  Aşağı çənənin çeynəmə əzələlərinin vasitəsilə  üst çənəyə nisbətən icra etdiyi bütün yerdəyişmələrə artikulyasiya deyilir. Okklüziya artikulyasiyanın bir anıdır ki, bu zaman yuxarı və aşağı dişlərin təması baş verir.Alt çənəni önə çıxarıb qapadıqda ön okklüziya, yana çıxarıb qapadıqda yan okklüziya və sakit halda qapadıqda mərkəzi okklüziya yaranır. Dişləri mərkəzi okklüziya halında örtülməsinə dişləm deyilir. Dişləm fizioloji və patoloji ola bilər.

  Fizioloji – ortoqnatik dişləm, fizioloji opistoqnatiya, fizioloji proqnatiya və düz dişləm.

  Patoloji – distal dişləm (alt çənə üst çənəyə nisbətən arxada yerləşir), mezial dişləm (alt çənə üst çənəyə nisbətən öndə yerləşir), dərin dişləm (yuxarı ön dişlərin aşağı ön dişləri dərin örtməsi), açıq dişləm (aşağı və yuxarı ön dişlər, bəzən hətta yan dişlərin bir qismi bir-birinə çatmır, aralarında məsafə qalır), çəp dişləm (diş sıraları sağdan sola və ya əksinə bir-birini çəp istiqamətdə örtür).