Delyar maskası
Üz – çənədə diş sıraları və dişləmlə əlaqəli qüsurları normal anatomik və fizioloji hala gətirmək üçün “Delyar maskası” adlanan ortodontik vasitədən istifadə edilə bilir. Sir deyil ki, ortodontiyada müxtəlif spektrli maskalar tətbiq edilir və onların təyinatları müxtəlifdir. “Delyar maskası” ağızxarici aparatdır. Bu mexanizm 1960 ildə Fransız olan Delyar tərəfindən tətbiq edilmiş və onun adı ilə adlandırılır. Maska metal karkas və yumşaq yastığı olan iki dayaqdan ibarətdir. Dayağın biri alına o biri çənəyə dirənir, karkasın orta hissəsi xüsusi rezin halqalarla yuxarı çənənin dişlərinə fiksasiya olunur və aparat müalicəvi təsirini göstərməyə başlayır. Yüksək müalicəvi effekt almaq üçün uşaqların 9 – 10 yaşlarında bu aparatın istifadə olunması məqsədəuyğundur. Qurğunun üzdə hansı müddətdə qalması həkim – ortodont tərəfindən müəyyənləşdirilir, orta dövr 2 – 4 ay gündə 10 – 12 saatdır.