Dişlərin çəkilməsi
Ambulatoryada stomatoloji əməliyyatlar içərisində ən çox aktualı diş çəkilməsidir. Həkimdə hər bir dişi çəkmək üçün texniki üsulları ardıcıllıqla etmək vərdişi olmalıdır. Qeyd etmək lazımdır ki, əvvəlki zamanlarda hər hansı səbəbdən diş ağrıdığında onu bir qayda olaraq çəkirdilər, amma müasir dövrdə keyfiyyətli diş müalicə preparatlarının və restavrasiya materiallarının yaratdığı imkanlar bu tendensiyanı nəzərə çarpacaq dərəcədə zəiflətmişdir.