Dişlərin çıxma anomaliyaları

  Dişin çətinliklə çıxması (ağıl dişi) – çənənin inkişafı dövründə distal nahiyyənin (arxa hissə) qısa qalması əsas səbəb sayılır. Ağıl diş bütün dişlərdən sonda çıxdığına görə sümükdə kifayət qədər yer olmur və diş tam çıxa bilmır. Dişin mayasının düzgün yerləşməməsi də gələcəkdə dişin çətin çıxnası ilə nəticələnir və illərlə gecikə bilir. Dişin tacını  örtən selikli qışa çeynəmə zamanı əzilir, zədələnir, sklerozlaşır. Diş onun üzərindəki “örtük” kimi selikli qişa təbəqəsindən üzaqlaşa bilmir və onlar arasında daimi  infeksiyalaşmış “cib” olur. Nəticədə ikincili olaraq ağıl dişində karies başlayır. Ağıl dişinin çətin çıxması nəticəsində onu əhatə edən yumşaq toxumalarda iltihab yaranır (perikoronit).