Haymorit

     Yuxarı ikinci kiçik azı dişin, birinci böyük və ikinci böyük azı dişlərin xronik periodontitininn kəskinləşməsi, bu dişlərdə radikulyar kistaların irinləməsi, yuxarı çənənin osteomieliti, yuxarı köpək dişin və kiçik azı dişlərin retensiyası zamanı iltihablaşma səbəbindən odontogen haymorit yarana bilər. Həmçinin haymorit yuxarı çənə dişlərinin travmatik çəkilməsi nəticəsində də ola bilər. Haymor boşluğunun altında yerləşən dişlərin müalicəsi zamanı plomb materialının  yaxud qanqrenoz artıqların boşluğa itələnməsi də iltihaba rəvac verə bilər.