Hissəvi adentiya ( bir neçə dişin olmaması)

Qüsurun topoqrafiyası, olmayan dişlərin sayı, pasientin yaşı və digər amillər müxtəlif xarakterli şikayətlərin yaranmasına səbəb olur. Bu nazoloji formada son qənaət odur ki, ağrı rahatsızlığı olmur. Gənc və bəzən yaşlı adamlarda 1 – 2 dişin olmaması əsasən hər hansı şikayətə səbəb olmur.

Qabaq dişlərin (kəsici və köpək diş) olmaması estetik çatışmazlıq, tələffüz pozulması, qidanı kəsmək çətinliyi yaradır. Çeynəmə  dişlərinin olmaması  çeynəmə aktının pozulmasına və antoqanist dişlrin uzanmasına səbəb olur.