bb

Keramik taxmalar

  Keramik taxmalar plomblar kimi diş tacı qüsurlarının bərpa üsullarından biridir və mikroprotez sayılır. Taxmalar  dişin sərt toxumalarının  karies və qeyri-karies zədələnməsində anatomik və funksional bərpasını təmin edir. Taxmalar həm də çıxan və çıxmayan protezlərdə dayaq, gıfıllı birləşmə kimi və şinaların konustruksiyalarında istifadə olunur. 4 növü var.

 İnlay ( taxma dişin qabarlarını örtmür )

 onlay ( bir neçə qabarı örtür )

 overlay ( dişin 3/4 və daha çox qismini əvəz edir )

 pinlay ( ştiftli taxma )