Keramik vinirlər

1. Sizin dişlər antibiotik qəbulundan, flüorozdan və ya travmadan rəngini dəyişmişdir ?

2. Dişin forması estetik deyil və Siz gülümsəməkdən çəkinirsiniz ?

3. Dişlər arasında yarıqlar var ?

4. Siz qeyri-düzgün dişləmdən qurtulmaq istəyirsiniz ?

  Bunların hamısı və digər estetik problemlər dişlərə keramik vinirlər tətbiq etməklə həllini tapır. Keramik vinir stomatoloji mikroprotezdir, ortopedik konustruksiyadır, dişə həmişəlik yapışdırılan üzlükdür. Vinir Sizin dişin anatomik formasını təkrar edir. Qalınlığı 0.3 – 0.5 mm olan nazik vinirlər bizim klinikada dişlərə tətbiq edilir və dişlər tamamilə təbii və estetik görünür. Vinirlərin taxılması diş qapaqları kimi travmatik deyil. Keramik səth diş səthindən fərqli olaraq kofe, çay və digər rəngləyici qidalardan rəngini dəyişmir, təbii görünür, dişin düzgün olmayan formasını ideal şəkildə örtür.