Metalkeramik qapaqlar
Metalkeramik qapağın əsası metal ərintisindən hazırlanır, səthi isə keramika kütləsi ilə örtülür. Möhkəm metal əsaslı olduğuna görə güclü çeynəmə təzyiqinə çox davamlı olur və uzun illər ağızda funksiyasını qoruyur. Keramika dişlər metalplastmas dişlərdən və hətta təbii dişlərdən fərqli olaraq sürtülməyə məruz qalmır. Diş tacı qüsurlarında, müxtəlif dişlər olmadığı zaman, patoloji sürtülmədə, parodontitlərdə şinalama məqsədilə və s. metalkeramik koustruksiyaların hazırlanmasına göstəriş yaranır.