parodontitlərin müalicəsi
Parodontit – bu diş ətinin iltihabıdır, bu zaman diş ətini dişə bağlayan birləşmələr zədələnir, diş ətrafı sümük atrofiyaya uğrayır, dişdə patoloji hərəkətlilik yaranır. Xəstəlik bu simptomlarla meydana çıxır : qanaxma və diş ətinin şişkinliyi, ağrı, parodont ciblərindən infiltrat gəlməsi, bəzən dişin laxlaması. Müalicənin davamlılığı və effektivliyi xəstəliyin nə qədər çox inkişaf etməsindən asılıdır. Xəstəliyi adətən diş ətrafı sümük azalması müşayət edir, bu səbəbdən rentgen müayinə mütləq aparılmalıdır.
Müalicənin başlanması – bu diş ərpinin və diş daşlarının təmizlənməsindən ibarətdir. Yaxşı olar ki, bu ultrasəs aparatı ilə aparılsın. Sonra iltihab əleyhinə müalicə aparılır. Müalicənin məqsədi paradontal ciblərdəki mikrofloranı məhv etməkdir, əks halda paradontit zamanla inkişaf edəcəkdir. Paradontitin dərman müalicəsini ümumi və yerli hissəyə bölmək lazımdır.
Yerli terapiya (ağız boşluğunda) – ağız boşluğunu antiseptik məhlullarla qarqarası, paradontal ciblərin şprislərlə antiseptik məhlullarla yuyulması, iltihab əleyhinə, mikrob əleyhinə gellə diş ətinin applikasıyası. Yerli iltihab əleyhinə müalicənin davametmə müddəti 10 gündür, manipulyasiya gündə iki dəfə səhər və axşam edilir. Xəstəliyin ağırlıq formasından asılı olaraq ağız qarqarasını və applikasıyanı ev şəraitində fərdi qaydada şəxs özü edə bilər, gün ərzində 1 dəfə stomatoloji klinikaya gəlmək vacibdir ki, həkim-stomatoloq parodontal cibləri şprislə antiseptik məhlullarla, gellə applikasıya etsin. Kompleks müalicəyə əlavə olaraq xüsusi iltihab əleyhinə diş pastaları ola bilər. Bəzi diş pastaları var ki, iltihabı tez aradan qaldırır və diş ətini bərkidir.
Ümumi terapiya – antibiotiklər təyin edilir. Parodontitin antibiotiklə müalicəsi 7 gündən 10 günə qədər aparılır. Həkim-stomatoloqun ciddi nəzarəti altında antibiotiklər qəbul olunur. Xəstənin özü-özünə antibioklər qəbul etməsi qəti qadağandır. Diş çöküntülərinin və diş daşlarının təmizlənməsi, iltihab əleyhinə müalicə ilə paralel olaraq, kariesə uğramış dişlər müalicə olunur, həyat qabiliyyətini itirmiş dişlər çəkilir. Körpüyəbənzər və çıxan protezlərlə diş sırası bərpası müalicə planına daxil edilibsə bu zaman dişləri protezləməyə hazırlamaq lazımdır. məsələn depulpasıya.
Dişlərin depulpasıyası (sinirin çıxarılması) təkcə protezləməyə hazırlıq, pulpitlər zamanı aparılmır. Depulpasıya məsləhət görülür: diş ətrafı sümük diş kökünün 1/2 – dək atrofiya olduqda, diş kökünün 2/3 – dək parodontal cib olduqda. Çox dərin parodontal cib olduqda patogen mikroblar diş kökü zirvəsindən diş kökü kanaləna daxil ola bilər və pulpit yarada bilər. Praktika onu göstərir ki, parodontitlərdə depulpasiya olmuş dişlərin laxlaması (əksər hallarda) azalır.
Şinalama – 2-ci və 3-cü dərəcəli laxlaması olan dişlərdə aparılır. Bu zaman dişlər bir-birinə müxtəlif üsullarla birləşdirilir. Dişlərin hərəkətliliyi azaldığına görə ətraf toxumalarada iltihab əlamətləri azalır, əlbəttə ki, bu da dişlərin ömrünün uzanmasına səbəb olur.
Cərrahi müalicə – parodontitin kompleks terapiyasında istifadə olunan ən vacib metodlardan biridir və belə anlaşılır ki, parodontitin proqressivləşməsinin qarşısını alan tək radikal metoddur. Cərrahi metod diş əti altı qranulyasion toxumanın oradan çıxarılmasından və yerinə sintetik sümük toxumasının qoyulmasından ibarətdir.
Ortopedik müalicə – diş sırasında dişlərini itirmiş xəstələrdə aparılır. Bu kompleks terapiyanın axırıncı tamamlama işidir və bu mərhələnin həkim tərəfin tam düzgün planlı icra olunması qalan dişlərin gələcəyini proqnozlaşdırır. Ortopedik müalicənin məqsədi – diş sırasının çeynəmə effektini bərpa etmək, pasientin qalan dişlərinə düşən çeynəmə təzyiqini azaltmaq, yerdəyişməsinin, laxlamasının və itirilməsinin qarşısını almaq və estetikanı bərpa etməkdən ibarətdir. Əgər parodontit zamanı cərrahi əməliyyatın keçirilməsi planlaşdırılırsa onda əməliyyatdan əvvəl itirilmiş dişlər bərpa edilməlidir, lakin bu hazırlanmış dişlər müvəqqəti xarakterli olmalı və bahalı müasir materiallardan istifadəsi vacib deyil. Əməliyyatdan 6 ay sonra həmin dişləri yüksək keyfiyyətli protezlərlə əvəz etmək lazımdır. Bu ona gorə edilir ki, parodontitin sağalma periodunda zəifləmiş dişlərə düşən çeynəmə təzyiqi azalsın.