Parodontitin cərrahi mülicəsi

  Parodontitin kompleks müalicəsində cərrahi müdaxilə mühum əhəmiyyətlidir. Cərrahi müdaxilə konservatv müalicədən sonra aparılır, iltahabı dəstəkləyən səbəblərin likvidasiyası: diş çöküntülərinin təmizlənməsi, diş əti ciblərində qranulyasion toxumanın küretajlanması və deepitelizasiyası, gingivotomiya, gingivoektomiya, diş əti dilimi əməliyyatları icra edilir. 

  Küretaj – sadə yəni dişətiüstü və dişətialtı olur. Dişəti cibində  3-4 mm dərinlikdə diş daşlarının və qranulyasion toxumanın təmizlənməsi ilə aparılır. Bir seansda 3 – 4 diş ətrafınada aparılır. Bütün dişləri təmizləmək üçün xəstə təxminən 8 dəfə klinikaya gəlməlidir (həftədə 2 -3 dəfə). 

  Gingivotomiya – parodontal abseslər olduqda aparılır. Əməliyyatdan sonra diş ətinə müalicəvi sarğı qoyulur.

  Gingivoektomiya – patoloji diş əti ciblərini aradan qaldırmaq, hipertrofik gingivitlər (diş ətinin şişkinləşməsi) zamanı diş ətində estetik, funksional məqsədli korreksiyalar apararmaq üçün edilir.