Sterilizasıya haqqında
Sterilizasıya müxtəlif materiallarda mikrorqanizmləri – viruslar, göbələklər, bakteriyalar onların vegetativ formalarını və sporlarının məhv edilməsidir. Sterilizasiya fiziki üsullarla – əsas etibarıilə yüksək temperaturun və ultrabənövşəyi şüaların təsirilə, kimyəvi yolla – kimyəvi birləşmələrin köməyilə, mexaniki yolla – bakterial filtirlərlə aparılır.
Təzyiqli buxarla sterilizasiya – doymuş buxarın hidrolizəedici təsirinə əsaslanan bu üsul daha effektli sterilizasiya metodlarından biridir. Bu məqsədlə avtoklav adlanan aparatlardan istifadə edilir (B, S və N sinif avtoklavlar mövcuddur) , stomatologiya və cərrahiyyədə yalnız B sinif avtoklavlar istifadə edilir. S və N siniflərin işləmə rejimləri (təzyiq və istilik yığma, saxlama) B sinifdən fərqli olaraq yüksək parametrlərə malik deyil. B sinif avtoklav iki rejimdə işləyə bilir.
1. +132 *C və təzyiq 2 atm. Sterilizasiya müddəti 20 dəqiqə. Bu rejimdə sarğı materialları, şüşə, keramika və metal alətlər, ağlar. geyimlər və s. mikroblar və onların sporlarından azad olunur.
2. +120 *C və təzyiq 1.1 atm. Sterilizasiya müddəti 45 dəqiqə. Plastik alətlər (polipropilen, polietilen, polistirol), rezin alətlər bu rejimdə mikrobsuzlaşdırılır. Tibbi müəsisələrdə dövri olaraq avtoklavın işləmə rejiminin düzgünlüyü yoxlanılır (benzoy turşusu ilə və digər maddələrlə), paketlərin bilavasitə üzərində sterilizasiyanın keyfiyyətini göstərən rəng indikatoru da mövcuddur.