Stomatoloji sterilizasiya, 2 – ci mərhələ

  Sterilizasiyaönü təmizlik – Bu mərhələdə alətlərin üzərindəki istənilən kirlənmə və dezinfeksesiya məhlulu qalıqlarını aradan qaldırılır. Təmizlik qaydası alətin teksturasından ( quruluşundan ) asılıdır, məsələn səthi hamar şpatelləri xüsusi fırça ilə axar suda yuyulur, səthi hamar olmayan, məsələn diş yonan almaz borları ultrasəs yuyucu cihazla yuyulur. Ultrasəs təmizləmə  alətin səthindəki gözlə görünməyən, mikroskopik aralıqlardakı kirləri yox edir.

  Ultrasəs yuyucu necə işləyir ? Cihazın korpusu, üzərində alətləri yerləşdirmək üçün vannası var. Sterilizasiya üçün hazırlanan alətlər metal tordan olan tutacaqda vannanın içinə yerləşdirilir. Sonra təmizləyici məhlul alətlərin üzərinə çıxınca əlavə edilir və vaxt müddətini tənzimlədikdən sonra cihaz işə salınır, avtomatik olaraq alətlər bütün kirlənmələrdən təmizlənir.