Stomatoloji sterilizasiya, 3 – cü mərhələ
Paketləmə – alətləri paketlərə yerləşdirmək və onları xüsusi paketləmə qurğusu ilə hermetik olaraq bağlamaqdır. Paketlərin eni müxtəlif ölçüdə ola bilir, bu imkan verir ki, istənilən alət öz ölçüsünə görə səliqəli paketlənsin. Paketlərin iki səthi var – kağız və şəffaf. Nə zaman ki, paketləri avtoklava daxil edirik kağız üzü tərəfdən membranların arasından buxar paketin içərisinə daxil olur və aləti sterilizasıya edir. Avtoklavın içərisində qurutma mərhələsində bu membranlar bağlanır və paket hermetiklənir, 100% steril alət hazırlanmış olur. Avtoklavlamada paketləri kazğız səthi üzü yuxarı olmalıdır, yalnız bu zaman tam sterilizasıya və qurutmaya nail olunur.