Üz-çənə nahiyyəsinin odontogen iltihabi xəstəlikləri

  Üz-çənə nahiyyəsinin odontogen (səbəb xəstə dişlərdir) iltihabi xəstəlikləri, cərrahi stomatologiyada əhəmiyyətli yer tutur. Onların arasında kəskin və xronik periodontitlər, kəskinləşmiş xronik periodontit (dişi əhatə edən bağların iltihabı) , kəskin irinli periostit (sümüküstlüyünün iltihabı), kəskin osteomielit (sümüyün iltihabı), abses (yumşaq toxumaların arasında kapsulla məhdudlaşmış irinin yığıntısı), fleqmona (yumşaq toxumalar arasında absesdən fərqli olaraq çox sahəyə yayılmış və kapsulu olmayan irin yığıntısı), limfadenit (limfa düyününün iltihabı).