Üz və çənənin bərpaedici cərrahiyyəsi
Üz və çənənin bərpaedici cərrahiyyəsinin məqsədi funksional və estetik pozulmaya səbəb olmuş qüsur və deformasiyaların aradan qaldırmaqdır. Üzdə və çənədə yaranmış ağır iltihabi , infeksion və xoralı nekrotik (çənənin osteomieliti, fleqmona, vərəm, siflis, noma və s.) zədələnmələr, travma, şişlərin əməliyyatı, anadangəlmə anomaliyalar (dodaq və damaq yarıqları, çənənin forma və ölçüsünün pozulması), şüa müalicəsi sonrası qüsur və deformasiyalar yarana bilər. Bu vəziyyətlərdə üzdə anatomik forma pozulur və paralel olaraq funksionallıq pozulur: ağızın açılması, çeynəmə, tələffüz, nəfəsalma və s. Bunların hamısı insanda yüksək emosional gərginlik yaradır.